I hissə (http://teleqraf.com/news/51569)
(II hissə)
Elçin Süleymanov
Azərbaycanın bir şəhərində yaşayır ismi “haqq” olan bu zərif quş...
O, qədim çinar ağacında özünə yuva qurub, gələcəyi ölüm gününü gözləyir ...
O, həyata küsüb, o insanlara nə isə xatırlatmaqda israrlı idi...
Bir zaman etdiyi səhvlərin hesabını verirdi “haqq” quşu...
Üzəri boz lələkləriylə üşüyür qanadlarını özünə yorğan tək sarırdı “haqq” quşu ...
Daha sonra gözündən gələn damlaların hesabına yaş olan səbətinin çör-çöpünü ayaqları ilə eşir rahat olmurdu o!
Arabir “ya haqq” deyə səhərəcən istəməyərəkdən çığırır uca çinarda zərif quşun fəryadından qopan bu səs yayılaraq şəhəri vahiməyə salırdı. Bu səsdən sonra hər dəfə qırtlağı az qala qopurdu haqq quşunun...
Qanadlarını istəməyərəkdən acı və ağrıdan arabir boğazına yapışdırır və tez çəkir, o günə – hansı ki, əməllərinin üzüntüsünə dalırdı. Xəyallara gedən bu quşu xəyallarından ayıran yenə də istəməyərək çıxardığı “ya haqq “ səsi olurdu. Beləcə bu fani dünyada hər gün günbatandan səhərə qədər inildəyir, ağlayırdı o...
Dərdini heç kəsə danışmayan bu quş insan övladına xəbərdarlıq edirdi “ya haqq” səsiylə...
Bir gün qonaq olduğum o şəhərdə “ya haqq” səsinin eşidərək diksinərək oyandım. İlahi yuxu içərisində yuxumu görürdüm mən ? Xeyr! Fəlsəfi olaraq bu sualı özümə verə bilirəmsə demək bu həqiqətdir yuxu deyil!
O səs yenə əks-sədası ilə şəhərə yayılsa da, heç kəs o səsə əhəmiyyət belə vermirdi...O səs məni ona aparırdı. Ayın alatoranlıq işığı mənim fənərim idi o gecə...Çinar ağacının ətəklərindən düşən göz yaşı damlaları, arabir gələn “ya haqq” səsi ilə onu tapdım. O göz yaşları ki, nəfsinə sadiq qalmayan və gecikmiş peşmançılığın göz yaşları idi...Ona sarı yaxınlaşdım. Bu gur səs bu zərif və zəif quşdan gələrmi düşüncəsiylə onu qıraqdan xəbərsiz sezdim... Hz.Məhəmməd (s.ə.s) bir kəlamını yada saldım o an: “Biz həyata sahib deyil, şahid olmağa gəldik”.
O səsin ondan gəldiyinin şahidi oldum...Onun halına çox acıdım.İnsandım acıdım. İnsanlığın dəyərdən düşməməsi üçün gecəsinə haram qatıb sabaha qədər “ya haqq” deyə çığıran bir zəif quşun səsini qulaq ardı ediləcəyini bilərəkdən acıyırdım. Onun boşuna sərf etdiyi vicdanına acıdım...Onun səbətinə yaxınlaşdım. Barmaqlarımın ucu ilə başını sığallaya-sığallaya qulağına pıçıldadım :
- Adın nədir?
- Haqq quşu...
- Niyə görə çığırırsan ,niyə yatmırsan, sən ki bayquş deyilsən ?
- Hamıdan yüksəklərdə olan Allahımdan qorxmadım. O dəfələrlə xəbərdarlıq etdi. Mən nəfsimə sadiq qalmadım. Çəkinməyib xəbərdarlıq etməsinə rəğmən ona yalan danışdım. Bəndəsinə də yalan danışdım.
- Nə etdin?
- Səhər tezdən yetimlərə ayrılan 9 buğdadan birini aldım.9 yetimin 8-nin qarnı doydu biriysə ac qaldı. Uca Allah dedi etmə.Dedi yalan danışma. Danışdım. Utanmadan da “makyajlandım”, “maskalandım”, təbii gözəlliyi qoyub süni gözəlliklə rahatçılıq axtardım. Axtardığım bəs deyilmiş kimi ətrafımdakılara öyündüm. Zəhmətsiz işlərimlə söz verib əməl etmədim. Dedim ki qonşudakılara sizə də bu cür ac qalmamamağl bir gün öyrədəcəm. Onun dediklərini dinləmədim...
- Nə dedi?
- Dedi harama əl uzatdığın az deyilmiş birdə yalan danışırsan.
- Sonra nə oldu ?
- Bir səhər sübh çağı günəş çıxmamışdan qabaq oyandıqda 9 yetim buğdasının sayı yenə əksik gəldi. Yenə oğurlamışdım ki yeyim. Bu səfər buğda dəni boğazımda qalmışdı.- deyib boğazını göstərərək davam etdi:-Sonra məni uca Allah cəzalandırdı. Həmin gündən günbatımından Sübh əzanı oxuyana qədər o buğda dəni tərpənir və məndən “ya haqq” səsi gəlir. Ona görə mənim adım haqq quşudur. Mən yalan danışdım bu az deyilmiş kimi, süni yollara əl atıb “makyajlandım” və o buğda dənəsi boğazımda bir ömür boyu qalacaq. O yetimin ahını dinlədi. Bəndəsinə xəbərdarlıq etdi. Bu “ya haqq” səsiylə mən, bəndələrə car çəkirəm. Görünki, gecəyə yuxusuz ,günəşə həsrət qoydu məni.
- Səmimi qəlbdən peşmansanmı?
- Peşmanam.Çarə nədir? Həyatımın əzabını yaşayıb “makyajlanıb” yalan danışmamağın sözümlə əməlimin üst-üstə düşmədiyinin hesabını ödəyirəm, ölümümü gözləyib bu fani dünyadan köçəcəyimi gözləyirəm. Kaşki insanlar mənim etdiyimi etməsələr- o danışır mənsə dinləyirəm.
Ona sözüylə əməli üst-üstə düşməyən birisinin sonunu soruşmaq istədikdə, sübh çağının müqəddəs əzanı eşidilirdi artıq. O səhərədək ağlamaqdan qıpqırmızı gözlərini yumaraq “mənim kimi olacaq” deyərək başını göz yaşlarından gölməçə olmuş toxuduğu səbətin hasarına atıb yatdı. Ona yenə suallar verirdim. Səsimi belə artıq eşitmirdi. Gün çıxanda artıq özünün dediyi kimi günəşə həsrət qalıb xoruldayırdı…Nədənsə söylədikləri gerçək olurdu haqq quşunun...
Mənsə üzümdəki çöhrəmlə onun şüalarının düz içinə baxırdım. O sübhün günəşi idi. Mən günəşi gördüm. Gördüyüm günəşə baxarkənsə yenə fikrim o dostumda qalmışdı. Bir günlük getdiyim o şəhərdə təmiz qəlbimlə günəşi görməyimin sevincini yaşayərkən yenə də fikrim o “dost”umda qalmışdı. Günəşə baxarkən isə Şəmsi Təbrizinin bu kəlamı “makyajlananlara” yönəlik söylədiyi cümlə ağlımdan keçirdi: “Bil ki günəşə baxmağa cəsarəti olmayan kölgədə qalmağa, kölgənii işıq zənn etməyə məhkumdur”.O şəhərdən ayrılarkən o “Haqq quşu”nun hekayəsi ilə bəzi süni gözəlliklərə yiyələnənləri müqayisə edib nəticəsini əldə etdiyimin insan övladı olaraq acıyaraq görsəm də, bir yandan üzümü günəşə tutub günəşi görməyimin sevincini yaşayırdım.Uca Allah hər kəsə günəşi görməyi nəsib etsin...