17 İyul 2016 08:58
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bölgə teatrları 106-cı teatr mövsümünü tamaşa nümayişləri ilə başa vurublar.

Mədəniyyət və Turizm Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Füzuli Dövlət Dram Teatrı mövsümü “Olmadı elə, oldu belə” tamaşası ilə yekunlaşdırıb.

Tamaşanın quruluşçu rejissoru Asif Şirinovdur.

Teatr yeni mövsümü 25 sentyabrda Altay Məmmədovun "Həmyerlilər” əsəri ilə açacaq.

Qazax Dövlət Dram Teatrı son gün C.Cabbarlının “Solğun çiçəklər” tamaşasını nümayiş etdirib. Rolları gənc aktyorlar Zəmanə Orucova, Yusif Qoca və başqaları ifa ediblər.

Sumqayıt Dövlət Teatrı isə mövsüm sonunda "Hacı Qara" tamaşası ilə çıxış ediblər. Tamaşanın rejissoru teatrın baş rejissoru, əməkdar artist Firudun Məhərrəmovdur.

Maraqlı məzəli musiqi nömrələri, avanqard rejissor yozumu, aktyor improvizələri ilə əhatə olunan tamaşada Hacı Qara rolunu aktyor Akif Mirzəyev ifa edib.

Nərmin


Müəllif:

Oxşar xəbərlər