Maştağa kəndində “Bayram axşamı” filminin çəkilişlərinə start verilib.
Teleqraf.com xəbər verir ki, çəkiliş günündən ilk kadrlar filmin rəsmi instaqram hesabında yayılıb.
Ekran əsəri Murad Dadaşovun rəhbəri olduğu MGP-nin məhsuludur.
Komediya janrında çəkilən filmdə baş rolu Oksana Rəsulova və İslam Mehrəliyev canlandırır.
Filmin 2017-ci ilin fevralın 21-də təqdim olunması gözlənir.
Nərmin