Bu gün “Oğlan evi” komediya filminin ikinci hissəsinin çəkilişləri başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu haqda filmin rəsmi feysbuk səhifəsində məlumat yayılıb: “Bir neçə saniyə bundan öncə “Oğlan evi” kinokomediyasının ikinci hissəsinin çəkilişləri başa çatdı. Film dərhal montaja yollanır. Dekabrda kinoteatrlarda görüşəcəyik”.
Bu filmdə əsas hadisələr ilk hissədə ən çox yadda qalan Baba obrazının ətrafında cərayan edəcək. Bu dəfə qəhramanlar maşın alverçilərinin fırıldağının qurbanı olacaqlar.
Nərmin