8 Sentyabr 2016 16:15
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Nar bağı” filminin baş rollarına çəkiləcək aktyorlar bəlli olub.

Teleqraf.com xəbər verir ki, rejissor İlqar Nəcəfin quruluşunda təqdim olunacaq filmdə Fərhad Səmimi, İlahə Həsənova, Qurban İsmayılovun çəkilməsi təsdiqlənib.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkiləcək film dram janrındadır.

Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf və Roelof Jan Minneboo (Niderland), quruluşçu operatoru Ayhan Salardır.

Nərmin


Müəllif:

Oxşar xəbərlər