Özbəkistanda pambıq tarlalarını foto-aparatın yaddaşına köçürən Timur Karpovu hüquq-mühafizə orqanları saxlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, milis (polis) şöbəsində saat yarım sorğu-suala tutulan fotoqraf sonradan buraxılıb.
Timur Karpov sosial şəbəkədə evdə olduğunu, şöbədə eynəyinin sındırıldığını, böyrünə bir-iki yumruq dəydiyini qeyd edib. O, çətinliklə də olsa çəkidiyi fotoları xilas edə bilib.
Hüquq-müdafiə təşkilatları Özbəkistanda insanların pambıq yığımına zorla aparıldıqlarını iddia edirlər.
Bu da həmin şəkillər: Daşkənd vilayəti, Bukin rayonu, oktyabr, 2016-cı il. Pambıq tarlaları.