"Ədalət" qəzetinin əməkdaşı Rüfət Soltanın yeni kitabı işıq üzü görüb.
"Adı nədir?!" adlı yeni əsər müəllifin sayca ikinci kitabıdır. Memuar xarakterli daşıyıb, məktublar toplusundan ibarətdir. Əsər bir gəncin sevdiyi qıza yazdığı məktublarla təsvir olunub.
O cümlədən Azərbaycanda fəaliyyət göstərən, çoxlarının tanıdığı, lakin heç kimin bilmədiyi gizli bir şirkət daxilində baş tutan danışıqlardan ibarət araşdırma mövzulara toxunulub. İnsanların fırıldaq adlandırdığı QNet şəbbəkəsi saf məhəbbətin işinə müdaxilə edir. Öz sevgisi uğrunda mübarizə aparan gənc bu mübarizədə məğlub olub və qərara gəlib ki, QNet-ə aldanan qıza ürək sözlərini qələmə alsın.
Müəllif xatirə-məktub janrına müraciət edib.