20 Yanvar 2017 11:23
4 186
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Məmməd İlqarın "Vətən, başa çox iş gələr" şeirini təqdim edir:

Vətən başa çox iş gələr,
Baş əymə, başın sağ olsun.
Biz ölməyə doğuluruq,
Torpağın-daşın sağ olsun.

Neçə cəfakeşin qalır,
Bir evdən bir qoşun qalır,
Beşin ölsə, beşin qalır,
O qalan beşin sağ olsun.

Çat verir, çatlayır dözüm,
Sən çatlama, canım-gözüm.
Bizi ağlamağa gözün,
Bir də göz yaşın sağ olsun!


Müəllif:

Oxşar xəbərlər