14 Mart 2017 12:55
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının təqdimatında İftixarın müəllifi olduğu “Qanlı qızıl toy” pyesi əsasında Xalq Artisti Rafael Dadaşovun quruluşunda hazırlanmış eyniadlı tamaşanın premyerası keçirilib.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində təqdim olunan tamaşa Şuşa şəhərinin müdafiəsi uğrunda döyüşmüş qəhrəmanlarımıza həsr olunub.

Azərbaycan Milli Teatrının yaranmasının 144 illiyi çərçivəsində nümayiş olunan tamaşanın premyerasından əvvəl İrəvan Dövlət Dram Teatrının direktoru İftixar Piriyev və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal İsmayılov çıxış edərək milli teatrımızın keçdiyi tarixi inkişaf yolundan söz açıblar.

Bildirilib ki, Azərbaycan teatrı keşməkeşli ömür sürərək zamanın mühakiməsindən üzüağ çıxıb. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan teatrı dünyanın aparıcı beynəlxalq festivallarında uğurla təmsil olunur. Milli Teatr günü münasibətilə silsilə tədbirlərin keçirildiyini söyləyən natiqlər ölkəmizdə sənət adamlarına, teatr xadimlərinə göstərilən diqqət və qayğıdan söz açıblar.

Daha sonra səhnə əsəri nümayiş olunub.

Tərtibatçı rəssamı Nicat Qəribov olan səhnə əsərinin bəstəkarı Əməkdar İncəsənət Xadimi Cavanşir Quliyevdir. Səhnə əsərində rolları Xalq Artisti Rafail Dadaşov, Əməkdar artistlər Vaqif Kərimov, Natiq Həziyev, aktyorlar Rövşən Cəfərov, Əhliman Ərşadlı, Şəbnəm Cəbrayılova, Sevinc Hüseynova, Ayşən Mirzəyeva, Məryəm Qələndərova, Ceyhun Əliyev və Elçin Hacıyev ifa ediblər.


Müəllif:

Oxşar xəbərlər