29 Mart 2017 17:41
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur müğənni Nigar Camal Londondakı evinin qapısını ATV-nin “Bizim xaricilər” verilişinə açıb.

Teleqraf.com xəbər verir ki, Nigar Camal sadə evini nümayiş etdirib.

O deyib: “Evimdə hər şey çox sadədir. Ağ rəngi çox sevirəm. Ona görə hər şey ağ rəngdədir. Qarşı məhəllədə varlılar, burada isə kasıblar yaşayır”.

Nigar Camal mətbəxlə münasibətindən də danışıb: “İngiltərədə səhər yeməyi yemək çox önəmlidir. Mənim isə səhər yeməyi hazırlamaqdan xoşum gəlmir”.

Müğənni kommunal xərclər barədə deyib: “Burada qaz, işıq həddindən artıq bahadır. Hamı qənaət edir, varlılar da… Bakıdakı qiymətlərdən beş dəfə bahadır. Bakı bu mənada cənnətdir. Burada pulu keçirməyəndə birbaşa məhkəməyə müraciət edirlər”.

Aylin


Müəllif:

Oxşar xəbərlər