Yaxında öləcəyinizi bilsəydiniz, son dəfə:
- …nə düşünərdiniz?
- Allah günahlarımı bağışlayıb, o biri dünyamı gözəl eləsin.
- … hansı yeməyi yeyib hansı içkini içərdiniz?
- Badımcan dolması və kola.
- …kiminlə görüşmək istəyərdiniz?
- Sevdiyim insanla…
- …hansı ölkəni gedib görmək istərdiniz?
- Öz Qarabağımızı görmək istəyərdim. Şuşanı, Xocalını, Fizulini… Öz torpaqlarımı…
- …kimi öpərdiniz?
- Sevdiyimi…
- …hansı mahnını son kəs oxuyardınız?
- Öz mahnımı: “Hərdən… arada”.
- …son kəs prodüserinizə nə tapşırıq verərdiniz?
- “Mən getdim, özünə yaxşı bax!” deyərdim.
- …kimə və nə hədiyyə alardınız?
- Anam üçün brilyant. Bacımın uşaqlarına bir maşın oyuncaq.
- …kimin toyu olsun istəyərdiniz?
- Niyam Səlaminin!
- Son 3 kəlməniz nə olardı?
- Lə iləhə illəllah…