Müğənni-bəstəkar Emin Ağalarovun rəhbəri olduğu "Jara TV"nin Ermənistanda yayımı dayandırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Beat Group”un mətbuat xidməti xəbər yayıb.
Sentyabrın 1-dən sözügedən kanalın yayımı Ermənistanda qadağan edilib.
Ölkə rəsmiləri "Jara TV"nin Azərbaycanı təbliğ etdiyi üçün Ermənistanda bloklandığını bildirib.
Qeyd edək ki, kanal bir çox MDB ölkələrində yayımlanır.