22 Sentyabr 2017 14:35
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda növbəti dəfə Mahmud Qaşqarlı adına Beynəlxalq Fondun təsis etdiyi “Mahmud Qaşqarlı” mükafatının təqdimat mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, bugünkü təqdimatda xalq yazıçısı Çingiz Abdullayev və hüquq elmləri doktoru, professor İlham Rəhimov “Mahmud Qaşqarlı” mükafatı ilə təltif ediliblər.

Fondun Azərbaycan üzrə sədri, “Ulu çinar” jurnalının baş redaktoru Elxan Zal geniş nitqlə çıxış edib. O bildirib ki, türk dünyasına xidmətə görə 2007-ci ildə təsis edilən bu mükafat indiyədək bir çox tanınmış simalara verilib: “Beynəlxalq mükafat komissiyasında Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Tatarıstandan elm və mədəniyyət adamları yer alıb”.

Tədbirdə çıxış edən hər iki mükafatçı da nitq söyləyərək, mükafat üçün öz təşəkkürlərini bildiriblər.

Bir çox ölkələrdə mükafatlara layiq görüldüyünü deyən İlham Rəhimov Beynəlxalq Mahmud Qaşqarlı mükafatının Azərbaycanda aldığı ilk mükafat olduğunu vurğulayıb.

“Azərbaycanda birinci dəfədir ki, mükafata layiq görülürəm. Bu mənim üçün ən dəyərli mükafatdır.”

Digər mükfatçı, Azərbaycan Yazıçılar Birliyinin sədri Çingiz Abdullayev də çıxış edərək bu mükafatın yüksək hesab etdiyini bildirib: “Mən fəxr edirəm ki, bu mükafatı alanlar siyahısındayam”.

Xalq şairi Sabir Rüstəmxanlı da mükafat alanları təbrik edib.

Qeyd edək ki, Mahmud Qaşqarlı adına Beynəlxalq Fondun təsis edilməsinin 10-cu il dönümüdür.

Foto: Elçin Murad


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər