3 Dekabr 2017 14:12
1 380
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əlilliyi olan aktyorlardan ibarət ölkənin ilk və yeganə teatrı olan inklüziv ƏSA Teatrı çoxdandır gözlənilən “Adamlar və siçanlar” tamaşasının premyerasını həyata keçirəcək.

Teleqraf.com xəbər verir ki, amerikalı yazıçı John Steinbeck’in “Adamlar və siçanlar” povesti əsasında hazırlanan eyniadlı tamaşanın premyerası 19 dekabr saat 19:15-da Azərbaycan Dövlət Opera Və Balet Teatrının səhnəsində baş tutacaq.

Əsər öz mövzsuna görə, oxucuları daima təsirdə saxlayır. Daha çox bəşəri problemlərdən, dostluqdan və sevgidən bəhs edən əsərin səhnələşdirilməsi oxucuların və ƏSA Teatrını sevənlərin ürəyincə olacaq.
Tamaşanın quruluşçu rejissoru, teatrın bədii rəhbəri Nihad Qulamzadə, rejissoru Elşən Əsgərov, səhnə tərtibatçısı Nicat Qulam, işıq rəssamı Bünyamin Sailodur, konsertmeysteri Fidan Babayeva, qrafik dizayneri Rəsul Həsənov, multimedia tərtibatıçısı Eltac Zeynalovdur.

Rolları Elşən Əsgərov, Elvin Mirzəyev, Orxan Adıgözəl, Səmayə Ağayarova, Riad Sultanov, İmran Lalayev, Günay Məmmədova, Fərid Əliyev və Patti Smith canlandıracaq.

Həmçinin tamaşa zamanı nitq məhdudiyyətli tamaşaçılar üçün işarət dili ilə sinxron tərcümə olacaq.

Qeyd edək ki, “Adamlar və siçanlar” tamaşasının rəsmi dəstəkçisi ABŞ-ın ölkəmizdəki səfirliyidir.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər