25 Aprel 2014 22:00
2 086
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ona tamaşa vermişəm”

Rövşən Almuradlının “əyalət teatrlarında mənə tamaşa verilmir” ifadəsi əksər rejissorları, teatr rəhbərlərini ayağa qaldırıb.

Tanınmış rejissor Oruc Qurbanov Teleqraf.com-a açıqlamasında həmkarının fikrinə münasibət bildirib.

O.Qurbanovun sözlərinə görə, R.Almuradlı onun baş rejissoru olduğu İrəvan Teatrına müraciət etməyib: “Mən bildiyim qədər Rövşən Almuradlı bizim teatra müraciət etməyib. Yadımda deyil ki, əməkdaşlıq etmək üçün müraciət edən hansısa rejissoru teatrdan uzaqlaşdıraq. Əksinə, biz cəlb etməyə çalışırıq. Müraciət etsə, şərait yaradaraq. Bundan ötrü, quruluş vermək istədiyi əsəri bizə təqdim etməlidir. Biz də əsərin repertuarımıza uyğunluğuna baxıb, eləcə də maliyyə cəhətdən teatra gətirəcəyi xeyri nəzərə alıb ona fikrimizi deyəcəyik. Bilirsiniz, Rövşən Almuradlı mənim yaxın dostum olub. O vaxtlar Sumqayıt Teatrında işləyəndə ona iki dəfə hazırlamaq üçün tamaşa vermişəm. İki tamaşasının da bədii rəhbəri olmuşam. Ondan sonra onu hüququ əsasla Moskvaya iki illik rejissor kurslarına göndərmişik. İstəyirəm ki, onun da yaradıcı həyatı uğurlu olsun. Mənə elə gəlir ki, ona da tamaşa verəcəklər. Burada ciddi problem yoxdur”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər