Dünyasını dəyişən xalq artisti Zərnigar Ağakişiyeva ilə bağlı bəzi məqamlar ortaya çıxıb.
Teleqraf.com xəbər verir ki, bir neçə il qabaq müsahibələrinin birində şəxsi həyatı ilə bağlı açıqlama verən aktrisa ailə qurmamasının səbəblərindən danışıb.
O, sənətini şəxsi həyatına qurban vermək istəmədiyini deyib:
“Anam işləməyimə qarşı çıxırdı. Qonşudan pul alıb, Bakıya gəldim. Həm oxuyurdum, həm də işləyirdim. Maddi sıxıntılarım hər zaman olurdu. Ailə qurmamağımın səbəbi isə şəxsi həyatımı sənətimdən artıq sevdirə biləcək insanla qarşılaşmamağım oldu. Qarşılaşdıqlarım tələblərimə cavab vermədi. Mən də bütün illərimi teatrda, tamaşalarda keçirdim”.
Qeyd edək ki, Zərnigar Atakişiyeva şəkər xəstəliyindən əziyyət çəkirdi. Bir dəfə komaya düşmüşdü.