12 Avqust 2014 09:18
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur Hollivud aktyoru Robert Deniro Türkiyədə restoran sahibi olub.

1974-cü ildə çəkilən "Xaç atası 2" filmi ilə şöhrət qapılarını üzünə açan məşhur aktyor Robert DeNiro Bodrumda açılan məşhur “Nobu” restoranlar şəbəkəsinə ortaq olub.

Dünyanın 28 ölkəsində fəaliyyət göstərən “Nobu” restoranlar şəbəkəsinin sahibi, aktyorun 30 illik dostu yapon biznesmen Nobu Matsuhisadır.

Türkiyənin "turizm cənnəti" adlandırılan Bodrumda fəaliyyətə başlayan restoranın açılış mərasimində isə aktyor iştirak edə bilməyib.

Qeyd edək ki, restoranda yapon, ingilis və türk aşpazlar işləyəcək. Həmçinin, yapon mətbəxindən 200-ə yaxın yemək çeşidi təqdim ediləcək./anspress/


Müəllif: