27 Avqust 2018 09:54
2 622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamları” layihəsinin ikinci mərhələsinin ilk konserti oktyabrın 11-də gerçəkləşəcək.

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, konsert “Mahur-hindi” və “Bayatı-kürd” muğamlarına həsr olunacaq.

Konsertdə ölkənin tanınmış xanəndələri Xalq Çalğı Alətləri Ansamblının müşayiəti ilə muğamın müxtəlif şöbələrini ifa etməklə yanaşı, bəstəkar mahnıları və təsniflərə də yer verəcəklər.

Qeyd edək ki, icrasına bu ilin may ayında “Rast” muğamı ilə start verilən möhtəşəm layihənin növbəti konserti noyabrın 1-də “Orta mahur” və “Rahab” muğamlarının səslənməsi ilə davam edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər