3 Oktyabr 2014 12:33
1 164
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün şou-biznes müğənniləri ön plandadırlar. Bəzi tanınan aktyorlar isə bayağı dedi-qodu ilə reklam olunurlar”.

Bu sözləri qəzetimizə açıqlamasında əməkdar artist Münəvvər Əliyeva bildirib.

O, Azərbaycan reallığında aktyor və aktrisaların durumunu belə şərh edib:

“Əvvəllər sənət baxımından türklərlə bizim aramızda yerlə-göy qədər fərq var idi. Hətta onlar bizim tamaşalarımıza, filmlərimizə, aktyor ifalarımıza heyrətlə baxırdılar. Çünki bizə çata bilmirdilər. İndi isə biz onlara heyrətlə baxırıq. Dünyanın heç bir ölkəsində aktyorların maaşı bizdəki kimi aşağı deyil. Biz teatrda fədai kimi işləyirik, ona görə seriallar bu baxımdan müəyyən qədər kömək olur. Maddiyyatdan əlavə burda başqa məsələlər də var. Əgər 70-ci illərdə aktyor balaca bir tamaşa ilə sayılıb, seçilirdisə və hətta camaat o aktyorun geyimləri ilə modanı müəyyənləşdirərdilərsə, indi elə zəmanədə yaşayırıq ki, şou-biznes müğənniləri ön plana keçib. Bəzi aktyorlar isə reklamla gündəmdə qalmağa səy göstərirlər. Mən və mənim kimi düşünən başqa aktyor və aktrisalar öz bacarıq və istedadları ilə ön plana çıxmaq istəyirlər. Bu baxımdan seriallar mütləq lazımdır”.

O da digər həmkarları kimi seriallarda çalışan qeyri-peşəkarları tənqid atəşinə tutaraq təklif olunan qonorarın azlığına da diqqət çəkib:

“Əlbəttə, mən də seriallarda aktyorlara təklif olunan qonorardan razı deyiləm. Çünki bu məbləğ olduqca azdır. Türkiyə seriallarının çəkiliş meydançasında olmuşam. Onların aldıqları qonorarla, aktyorlar üçün yaradılan şəraitlə bizi müqayisə edəndə durum məni qane etmir. Çəkiliş meydançasına içidolu çanta ilə gedirəm, çünki bilirəm ki, orada mənə təklif edilən geyimlə razılaşmayacam”.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər