Bakıda keçirilən şahmat üzrə Qran-pri turnirinin iştirakçıları Heydər Əliyev Mərkəzində olublar.
Qonaqlara məlumat verilib ki, Mərkəzin əsas məqsədi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, siyasi irsinin dərindən öyrənilməsi və təbliğidir.
Teleqraf.com-un məlumatına görə, qeyd olunub ki, Heydər Əliyev Mərkəzinin binası müasir Bakının rəmzlərindən biridir. Dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında inşa olunmuş bu bina paytaxtımızın qonaqlarının baş çəkdiyi əsas məkanlar sırasındadır.
Turnirin iştirakçıları Mərkəzdə Heydər Əliyev Muzeyi, “Azərbaycan inciləri: tarixin axarında” sərgisi ilə tanış olublar.