6 Aprel 2021 15:55
3 421
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gitara ifaçısı Rəhman Məmmədli mərhum xalq artisti Rafiq (Rəmiş) Hüseynov haqqında danışıb.

Rafiq Hüseynovla küsülü olan Rəhman Məmmədli Teleqraf.com-a açıqlamasında həmkarı ilə barışdığını etiraf edib: "Azərbaycanda gitaranın dirçəlməsinin bir nömrəli səbəbkarı Rəmiş Hüseynovdur. Bu gün hamımız onun vida mərasiminə toplaşmışıq. Rəmiş həqiqətən Azərbaycan incəsənəti üçün böyük bir itkidir. Bu gün əlində gitara tutan hər kəs ona borcludur. Rəmiş olmasaydı bu sənət bu qədər sevilməzdi.

Rəmişlə telefonla əlaqə saxlayırdıq. Bir arzum var ki, Allah onun günahlarını bağışlasın! Çünki heç birimiz günahsız deyilik. Yeri cənnət olar, inşallah. Rəmişlə münasibətimiz haqqında vida mərasimində danışmaq istəmirəm. İnciməyin... Mən kiçik olaraq böyüklüyümü yerinə yetirdim".

Qeyd edək ki, Rafiq Hüseynov "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.

Foto: Ceyhun Rəhimov


Müəllif: Rəqsanə Həsənova