26 Noyabr 2021 16:50
2 883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Novruz Qartal xəstəxanaya yerləşdirilib.

Aktyorun həyat yoldaşı Əliyeva Zərqələm Teleqraf.com-a açıqlamasında Novruz Qartalın xərçəng xəstəliyindən əziyyət çəkdiyini və əməliyyat olunduğunu açıqlayıb:

"Üç gündür ki, əməliyyat olub, səhhəti ağırdır. Bağırsaq xərçəngindən əziyyət çəkir. Ötən gün reanimasiyadan palataya köçürülüb, amma vəziyyəti yaxşı deyil. Danışa bilmir. Bir ay əvvəl xərçəng olduğunu bildik. Ölümlə üz-üzədir".

Aktyorun həyat yoldaşı Heydər Əliyev Fonduna müraciət edəcəyini də vurğulayıb:

"Kirayədə yaşayırıq. Maddi köməyə ehtiyacımız var. Ayda 400 manat kirayə haqqı ödəyirik. Qızılım da yoxdur ki, səhhəti üçün nəsə edim. Azərbaycanın vitse-prezidenti, brinci xanım Mehriban Əliyevadan bizə kömək etməsini xahiş edirəm".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər