“Səhnə” teatrı Nardaranda narkomaniya əleyhinə “Qaranlıqdan işığa” adlı tamaşa nümayiş etdirib.
Teleqraf.com xəbər verir ki, tamaşa narkomaniya fəlakətinə qarşı dövlətimizin və cəmiyyətin apardığı mübarizəyə dəstək məqsədiylə hazırlanıb.
Tamaşa narkomaniyaya aludə olmuş gəncin keçirdiyi iztirablardan, yaşadığı acınacaqlı həyatdan və ailəsinə gətirdiyi faciələrdən bəhs edir.
Tamaşanın müəllifi Pakizə Hüseynova, quruluşçu rejissoru Mirzə Ağa Mirzəyevdir.
Tamaşada aktyorlar Ramil Məmmədov, Anar Həsənzadə, Zülfiyyə Eldarqızı, Mahir Mirişli, Nazlı Quliyeva, Ağəli Kərimzadə, Rəbbilə Ələkbərzadə və Xaliq Rza iştirak edirlər.
Qeyd edək ki, "Qaranlıqdan işığa" daha əvvəl Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Şüvəlan, Əmircan və Mərdəkanda nümayiş olunub.