2 Oktyabr 2022 08:59
1 622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tənqidçilər Merilin Monronun bioqrafik filmini ən iyrənc filmlərdən biri kimi qiymətləndiriblər.

Teleqraf.com xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb. Endryu Dominikin "Sarışın" filmi qəddarlığı və cinsiyyətçiliyi ilə tənqid edilib.

San Francisco abort tədqiqatçısı Step Jerold filmdə abortla bağlı dəhşətli səhnələrin olduğunu qeyd edib.

"Los Angeles Times"-ın kino tənqidçisi Castin Çanqın rəyi belə olub: “Film əslində Merilin Monro haqqında deyil. Söhbət ona əziyyət verməkdən gedir”.

Tvitter istifadəçiləri də “Sarışın”dan narazılıqlarını bildiriblər.

Qeyd edək ki, film öncə Venesiya Film Festivalında təqdim edilib, 14 dəqiqə davam edən alqışlardan sonra filmin baş rol ifaçısı Ana de Armas göz yaşını saxlaya bilməyib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər