Amber Herd keçmiş əri Conni Deppə qarşı məhkəmə qərarından apellyasiya şikayəti verib.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa apellyasiya şikayəti vermək üçün 16 əsas göstərib.
Aktrisanın vəkili bildirib ki, Herd və Depp işində çoxlu yeni dəlillər ortaya çıxıb.
Qeyd edək ki, bu ilin mayında Amber Herd məhkəmə qərarına əsasən böhtan atmaqda təqsirli bilinib və pul təzminatı ödəməyə məcbur edilib.
Əleyhinə çıxarılan məhkəmə qərarından sonra bunun qadınların zorakılıqdan qorunması işinə böyük zərbə olduğunu deyən Amber Herd günahsızlığı uğrunda mübarizəni davam etdirmək niyyətində olduğunu bildirib.