17 Oktyabr 2022 11:23
1 737
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sosial şəbəkələrdə yayılan fotonu görməmişəm, mübahisələrin nədən getdiyini bilmirəm. Amma Vaqifin Şuşada heykəlinin qoyulmasının tərəfdarıyam. Çünki Vaqif bizim ədəbiyyatımızın ən böyük simalarından biridir”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar Rzayev deyib.

O bildirib ki, Molla Pənah Vaqif illərboyu Şuşada çalışıb, ən gözəl şeirlərini də orada yazıb. Ona görə də Şuşada onun heykəli qoyulmalıdır.

Qeyd edək ki, bu günlərdə sosial şəbəkələrdə Molla Pənah Vaqifin yeni heykəlinin hazırlandığı barədə foto yayılıb. Bəzi şəbəkə istifadəçiləri Şuşada Vaqifin məqbərəsinin olmasını və Qarabağ xanının vəziri kimi onun Rusiya ilə isti münasibətlər qurmağa çalışmasını əsas gətirərək belə bir heykəlin ucaldılmasına etiraz edir.

Heykəlin harada qoyulacağı hələlik rəsmən açıqlanmayıb.


Müəllif: Nərmin

Oxşar xəbərlər