23 Oktyabr 2022 12:43
2 038
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ancelina Coli bioqrafik dramları ilə populyarlaşan çilili rejissor Pablo Larrainin rejissorluğu ilə çəkiləcək yeni filmdə opera müğənnisi Mariya Kallası canlandıracaq.

Teleqraf.com xəbər verir ki, bu barədə "Deadline" nəşri məlumat yayıb.

Bioqrafik film “Mariya” adlanır. Film Kallasın 1970-ci illərdə Parisdəki son günlərini xatırlayacaq və dünyanın ən böyük opera müğənnisinin keşməkeşli, gözəl və faciəli həyat hekayəsindən bəhs edəcək.

Filmin ssenarisi üzərində Stiven Nayt çalışıb.

"Mən iki ən dərin və şəxsi ehtiraslarımı - kino və operanı birləşdirmək fürsətini çoxdan arzulayırdım. Son dərəcə cəsur və maraqlı aktrisa olan Ancelina ilə bunu etmək unikal şansdır", -deyə rejissor Larraini bildirib.

Coli isə öz növbəsində deyib ki, o da Pablo kimi peşəkar rejissorla işləmək arzusunda olub.

"Mən Mariyanın həyatına və irsinə çox ciddi yanaşıram. Əlimdən gələni edəcəyəm ki, hər şey gözəl alınsın",- Coli qeyd edib.

Qeyd edək ki, Pablo Larraini daha əvvəl Şahzadə Diana haqqında "Spenser" və Jaklin Kennedi haqqında "Ceki" filmlərini çəkib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər