“Hazırda Tural və Turan eyforiyadadırlar. Bu gün onlar çox möhtəşəm çıxış etdilər. Əsas odur ki, Avropaya öz mahnılarını təqdim etdilər”.
Teleqraf.com xəbər verir ki, bunu ötən ilki “Avroviziya” təmsilçimiz Nadir Rüstəmli “Sabaha saxlamayaq” verilişində əkiz qardaşların finala keçə bilməməsinə münasibət bildirərkən deyib.
“Bu gün çıxışdan öncə onlarla görüntülü bağlantı yaratdım, hər şey yaxşı idi. Gəlin, mən də sizə dəstək olmağa çalışacam”.
Qeyd edək ki, “Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinalı başa çatdı. Finala çıxan 10 ölkə sırasında Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya, Norveç yer alıb.
Müsabiqənin növbəti yarımfinalı 11 mayda, final isə mayın 13-də keçiriləcək.