Aprelin 23-də İstanbulda Azərbaycan rəssamı Aida Mahmudovanın “Bir arzu gerçəkləşir“ (A Dream Unfolds) adlı fərdi sərgisi açılacaq.
Teleqraf.com xəbər verir ki, sərgi “Vision Art Platform“da təşkil olunacaq.
İncəsənət bəşəriyyətin yaranmasından etibarən həyatın hər sahəsində əhəmiyyətli rol oynayır və sənətkarlar tarix boyu duyğularını, düşüncələrini və təcrübələrini ifadə etmək üçün fərqli yollardan istifadə ediblər. İncəsənətin bu ifadə gücü tarix, cəmiyyət və mədəniyyət kontekstlərində insanlar üzərində dərin təsirlər yaradıb. Bu sənət növü hər hansı bir dövrün yaşayış tərzini, inanclarını və mədəni dəyərlərini əks etdirməklə yanaşı müvafiq dövrün fəlsəfi və estetik anlayışlarını da göstərir. Bu, cəmiyyət dəyərləri aspektindən incəsənət, insanları bir araya gətirən, duyğularımızı ifadə etməyi təmin edən və ortaq bir dil formalaşdıran bir təcrübədir. Bununla yanaşı, incəsənət bəzi hallarda mövcud estetik ahəngə qarşı çıxaraq müstəqil bir ifadə tərzi də nümayiş etdirir. Hər bir sənətkar dünyanı fərqli baxış bucaqlarından bizə izah edir. Sent-Martin İncəsənət və Dizayn Kollecində təhsil almış rəssam Aida Mahmudovaya bu günə kimi Belçika, London, Roma, Nyu York, Moskva, Tbilisi və Bakı kimi şəhərlərdə beynəlxalq fərdi sərgilər təşkil etmiş, eləcə də qrup sərgilərində də iştirak edib. Rəssam həm də 55 və 56-cı Venesiya Biennalesində iştirak edib.
Aida Mahmudova incəsənəti ifadə etmək axtarışındadır və materialların mahiyyətinə dalaraq konkret obrazlar və abstrakt və yarı abstrakt formalar vasitəsi ilə dünyanın sirrini açmağa çalışır. Yaradılışın mahiyyəti ilə bağlı araşdırmalarını bir filosof kimi davam edir və bütün qaranlıq məqamları aşkara çıxarmaq üçün ciddi cəhdlər göstərir.
Maddi dünyanı məlumat əldə etmək üçün oxuduğumuz və istinad etdiyimiz kitab kimi nəzərə alsaq, Aida Mahmudova bu anlayışı sözün əsl mənasında mənimsəyib və bunu tətbiq edir. Onun fəaliyyətləri bu qeyri-adi kitabdaki fəsillər kimidir - hər bir əsər və yeni mərhələ onun yaradıcılığının başqa məziyyətlərini ortaya çıxarır.
Aida Mahmudovanın fəaliyyəti təbiətin möhtəşəm gözəlliyini ifadə etmək üçün yazılan şeiri xatırladır. Uilyam Vordsvortun həzin duyğu xatirələri kimi rəssamın da əsərləri dərin təfəkkürə sövq edir və insanlar onun kompozisiyalarının dərinliklərində özlərini unudaraq sənətin sehrinə qapılırlar.
Sənətkar əsla səthi ifadə tərzi ilə kifayətlənmir və görünməyən reallıqları ifadə etməyə çalışır. Aida Mahmudova materialları və avadanlıqları ifadə etmək potensialını diqqət mərkəzində saxlayır. Onun istilik, işıq, rəng və maddə ilə həyata keçirdiyi təcrübələr vasitəsi ilə tək bir fəaliyyətin sərhədi aşılır və çox dərin məna çalarlarına malik əsərlər ərsəyə gətirilir və beləcə, insanlar və əsərlər arasında instinktiv əlaqələrin yaradılmasına rəvac verilir.
Bu nöqteyi-nəzərdən, Aida Mahmudovanın əsərləri innovativ materiallar və yanaşmalar ilə səciyyələnir və avangard düşüncə tərzi konkretləşir. Sənətkar dərin ifadələr yaratmaq üçün innovativ metodlardan istifadə edir. Bunların funksionallığına nail olmaq üçün manipulyasiyalar həyata keçirir və nəticədə, incəsənət və real dünya arasında sərhəd tam mənası ilə dərk edilmir.
Mütəmadi olaraq fərqli materiallar axtarışında olan və potensialını daim inkişaf etdirən sənətkar vizual olaraq diqqəti cəlb edən, duyğu və intellekti tətikləyən əsərlər ərsəyə gətirir.
Qeyd edək ki, sərgi iyunun 22-dək davam edəcək.