6 İyun 22:23
2 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Xalça Muzeyində bədii tikmə üzrə sənətkar, ixtisasca filoloq olan Zərifə Zülfüqarovanın "Qəlbin naxışları" adlı sərgisi baş tutub.

Zərifə Zülfüqarova Teleqraf.com-a sərgiylə bağlı təəssüratlarını bölüşüb: "Sərgidə iştirak edən və dəvətimi qəbul edən bütün qonaqlara təşəkkür edirəm. İnşallah ömür vəfa edərsə, daha geniş formatda sərgimi təqdim edəcəyəm. Bu gün sərgidə bir daha mənə aydın oldu ki, xanduz tikmə növünə maraq böyükdür. Mən də bu tikmə növünün daha da inkişafı və təkmilləşdirməsi üçün əlimdən gələni edəcəm. Növbəti sərgimdə doğma Azərbaycanımızı, Qarabağımızı əks etdirən tarixi abidələrimizi bu tikmə növündə təqdim edəcəm. İnşallah milli ornamentlərdən ibarət növbəti sərgim olacaq".

Qeyd edək ki, sərgidə "Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı, əməkdar artist Dilarə Əliyeva, rəssamlar, mədəniyyət adamları və ictimai şəxslər iştirak ediblər.




Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər