18 Avqust 10:04
2 544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur Fransız aktyoru, rejissor, prodüser, ssenarist olan Alen Delon vəfat edib.

Teleqraf.com xəbər verir ki, aktyor 88 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, 1935-ci ildə dünyaya gələn Alen Delon 1957-ci ildən başlayaraq, kinoda şöhrət qazanıb. O, Lukino Viskonti və Mikelancelo Antonioni kimi böyük rejissorların filmlərində çəkilib, Romi Şnayder və Jan-Pol Belmondo ilə tərəf-müqabil olub, “Rokko və onun qardaşları”, “Macəraaxtaranlar”, “Leopard”, “Samuray”, “Zorro”, “Qara zanbaq”, “Yaramazın ölümü” və sair filmlərdə unudulmaz obrazlar yaradıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər