4 Mart 2015 20:40
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Niderland Krallığının ölkəmizdəki səfiri Robbert Qabrielseni qəbul edib.

Mədəniyyət və Turizm Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, S.Məmmədəliyeva Niderland ilə əlaqələrin dostluq münasibətlərinə əsaslandığını qeyd edərək mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin olduğunu bildirib və səfirliyin bu istiqamətdə səylərini alqışladığını diqqətə çatdırıb.

Səfir, öz növbəsində, nazirliklə intensiv əlaqələrin mövcud olunduğunu və gələcəkdə əməkdaşlığın daha da genişləndiriləcəyinə ümidvar olduğunu qeyd edib.

Görüşdə Azərbaycan muzeylərində olan rəsm əsərlərinin bərpasında Niderland mütəxəssislərinin iştirakı, yerli bərpaçıların bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə Azərbaycan və ya Niderlandda holland ekspertlər tərəfindən treninqlərin təşkili barədə danışılıb.

Səfir tərəfindən, həmçinin Rotterdam orkestrinin Bakıda konsert proqramı ilə çıxışına dair təklif irəli sürülüb.

R.Qabrielsen qəbula görə nazir müavini S.Məmmədəliyevaya təşəkkür edib, Azərbaycan-Niderland mədəni əlaqələrinin dinamik prosesinin şahidi olduğundan məmnunluğunu ifadə edib.


Müəllif: