Məşhur heykəltəraş Conti Qurvis dünyanın ən kiçik heykəlini yaradıb. Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, onun düzəltdiyi qadın heykəli iynə boydadır.
0,76 mm hündürlükdə olan heykəlin fotosunu mikroskopla çəkmək mümkündür. Elə fotoqraflardan birinin məsuliyyətsizliyi ucbatından kiçik heykəl zədələnib.