8 Aprel 2015 12:53
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktyor Kamran Ağabalayev Türkiyədən gələn rol təkliflərindən danışıb.

“Tərkedilmiş” filmindəki yaratdığı Çirkin obrazı ilə kinotənqidçilərin, eləcə də, rejissorların diqqətini cəlb edən aktyor artıq ilk müqaviləsini imzaladığını da bildirib. O, qəzetimizə açıqlamasında filmin Azərbaycanda və Türkiyədə uğurla nümayiş olunduğunu bildirib:

“Tərkedilmiş” çox mesajları olan bir filmdir. Film çox bəyənildi. Onu da deyim ki, filmdə mənim oynadığım obraz Çirkin xüsusilə tənqidçilərin, rejissorların diqqətini çəkdi. Filmin istehsalçıları belə qənaətə gəldilər ki, məhz Çirkin obrazı üzərində yeni ssenari yazılsın və filmin davamı çəkilsin. Bu, həqiqətən, böyük bir uğurdur mənim üçün. Artıq bununla bağlı müqavilə də imzalanıb".

Nərmin


Müəllif: