Xərçəng xəstəliyindən əziyyət çəkən xalq artisti Ağaxan Abdullayev Teleqraf.com-a danışıb.
Muğam ustası bildirdi ki, səhhətinə görə üç aydan bir Türkiyəyə gedir: “Hələ ki, nəfəsim gedib, gəlir. Müalicəmi davam etdirirəm. Məni Heydər Əliyev Fondu üç aydan bir Türkiyəyə müalicəyə göndərir. Son dəfə müalicəyə iyun ayında getdim. Allah prezidentimiz və birinci xanımımız Mehriban Əliyevanın canını sağ etsin, balalarını qorusun. Allah Mehriban xanımdan razı olsun ki, muğam ifaçılarına, sənətkarlara belə qayğı göstərir, kömək edir”.
Rəqsanə Həsənova