11 Sentyabr 2015 15:08
1 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə teatrları arasında yeni mövsümünü ən tez açıq elan edən Musiqili Teatr olub.

Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Teleqraf.com-a açıqlamasında bildirib ki, 106-cı teatr mövsümünün açılış günündə dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” iki hissəli musiqili komediyası ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə nümayiş olunub. Belə ki, 8-9 sentyabr tarixlərində Bakıda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə Ümumdünya Gömrük Təşkilatının MDB üzrə Regional Məlumat Əlaqələndirmə “Rilo-Moskva” iştirakçı ölkələrin gömrük xidmətləri milli əlaqələndirmə qovşağı rəhbərlərinin 14-cü iclası keçirilib: “İclas çərçivəsində nəzərdə tutulan bədii proqramın 10 sentyabr tarixində məhz Musiqili Teatrında təşkil edilməsi planlaşdırıldığından teatrın kollektivi mövsümün açılış günü dünya gömrükçüləri qarşısında dahi bəstəkar, bu günlərdə 130 illik yubileyi qeyd olunan Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası ilə çıxış edib. Qonaqlar teatrın direktoru Əliqismət Lalayevə yüksək səviyyədə keçən tamaşadan razı qaldıqlarını, Üzeyir Hacıbəylinin insan ruhunun ən dərin qatlarına təsir etmək gücünə malik olan ecazkar musiqisinə məftun olduqlarını bildiriblər. Onlar tamaşanın təsirindən çıxmağın mümün olmadığını, sehrləndiklərini bildiriblər. Onlar həmçinin qeyd ediblər ki, Üzeyir bəyin musiqisi, həqiqətən də, ilahi bir musiqidir. Belə uğurlu bir səhnə əsəri təkcə Azərbaycan teatr sənətinə deyil, ümumilikdə, dünya mədəniyyətinə böyük bir töhfədir. Qonaqların sözlərinə görə, teatrınızın malik olduğu bina, imkanlar çağdaş dünya standartlarına tam cavab verir”.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” Mükafatını qazanmış “O olmasın, bu olsun”nun rejissoru xalq artisti Cənnət Səlimovadır.

Nərmin


Müəllif:

Oxşar xəbərlər