Xalq artisti Firəngiz Mütəllimova bir neçə gün əvvəl Akademik Milli Dram Teatrının rəhbəri İsrafil İsrafilovun teatrda vəziyyətin düzəldiyinə dair açıqlamasına münasibət bildirib.
Xalq artisti Teleqraf.com-a bildirib ki, teatrda sülh olmasını, hamı kimi o da istəyir. Firəngiz Mütəllimova onu da bildirib ki, hazırda teatrda vəziyyətin necə olduğunu bilmir: “İnşallah, məşqlərə başladıqdan sonra məlumat verəcəm. Hamı kimi mən də istərdim ki, teatrda sülh olsun. Təki hər şey yaxşı olsun. Onu da bildirim ki, teatrda qruplaşma yoxdur və olduğunu da hiss etmirəm. Hamı teatrda işləyir və ora ikinci ailəmizdir. Bəlkə kimsə özünü qruplaşmada hiss edirsə, onu bilmirəm. Amma teatrda neytral mövqe tutan aktyorlar da var”.
Rəqsanə