Hər il oktyabrın 18-i ərəfəsində YUĞ teatrında qəribə bir bayram ab-havası olur. YUĞ ailəsi həm teatrın yarandığı günü, həm də bu teatrın və ailənin atası sayılan mərhum rejissor Vaqif İbrahimoğlunun ad gününü qeyd edir.
YUĞ-çular bir yerə yığışırlar, onun haqqında danışırlar, xatirələrini bölüşürlər, o da eşidir... Rejissorun hazırladığı son tamaşanı oynayırlar, o da bunu görür... Hər halda YUĞ-çular belə hiss edir.
Vaqif İbrahimoğlunun son tamaşası isə Anton Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanan “Birinci akt”dır. “Birinci akt”da Vidadi Həsənov, Fərhad İsrafilov, Yaqut Paşazadə, Hikmət Rəhimov, Məmməd Səfa, Qasım Nağı və digər aktyorlar oynayırlar.
Fotoqraf Elnur Muxtar tamaşanı fotokameranın yaddaşına belə köçürüb.
Sevinc Fədai