15 Dekabr 2015 08:06
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollivudun çoxdan gözlənilən kinolarından olan “Müstəqillik günü 2:Qayıdış” filminin ilk treyleri yayılıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, ekran işində baş rolları Liam Hemsvort və Ceff Qoldblum canlandırıb.

Film yer sakinlərinin yadplanetlilərlə mübarizəsindən bəhs edir. Gəlmələrin texnologiyasından istifadə edən yer sakinləri yadelli hücumlarından qorunmaq üçün xüsusi proqram hazırlayıblar. Ancaq qələbə üçün yetərli deyil. Ümid yenə bir neçə insanın cəsurluğuna qalır.

Qeyd edək ki, film 2016-cı ilin 24 iyununda təqdim olunacaq.

Teleqraf.com videonu təqdim edir:

Rüstəm


Müəllif: