19 Dekabr 2015 12:50
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün xalq artisti Gülşən Qurbanovanın doğum günüdür.

Teleqraf.com xəbər verir ki, aktrisa 1950-ci il dekabrın 19-da Bakıda anadan olub. Ə. Hüseynzadə adına Azərbaycan Mədəniyyət və İncəsənət İnstitunu bitirib. O, 1979-cu ildən Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərib. Gülşən Qurbanova bir çox film və televiziya tamaşalarında oynayıb: Mərcan ("Mənim nəğməkar bibim", Ə.Əylisli), Eyzəngül ("Şirinbala bal yığır", S.Qədirzadə), Çiçək ("Ana laylası", İ.Coşqun), Nabat ("Tamahkar", S.S.Axundov), Şahnaz ("Şəhərli oğlan", Q.Rəsulov), Almagül ("Fudzi dağında qonaqlıq", Ç.Aytmatov), Gülarə ("Məhəbbət novellası", Ş.Xurşud və Ə.Hacıyev), Nera ("Zəncirlənmiş Prometey", C.Məmmədov), Gülnaz ("Pul dəlisi", Ə.Orucoğlu), ana ("Bala bəla sözündəndir", Ə.Əmirli) və s.

G.Qurbanova 2006-cı ildə noyabrın 17-də Bakı şəhərində vəfat edib.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər