"Məclisi-üns" verilişinin son buraxılışında dahi Azərbaycan şairi Hüseyn Cavidin "İblis" faciəsi müzakirə olunub.
Teleqraf.com xəbər verir ki, Yazıçılar Birliyinin katibi, yazıçı-ssenarist İlqar Fəhminin moderatorluğu ilə təqdim olunan verilişdə filoloqlar Şəmil Sadiq, Yaqub Babayev və tanınmış ədəbiyyatşünas-filosof Əsəd Cahangir iştirak ediblər.
Maraqlı diskussiya şəraitində keçən verilişin videoyazısını təqdim edirik: