“Azərbaycanfilm” “Motivlər 3” ssenari müsabiqəsinə start verib.
Kinostudiyadan Teleqraf.com-a verilən məlumata görə, müsabiqənin qalib ssenariləri ekranlaşdırılacaq və kinoalmanax formasında təqdim olunacaq.
Müsabiqə iyun ayının 11-nə kimi davam edəcək. Qaliblərin adları 2 avqust Milli Kino Günündə açıqlanacaq. 35 yaşınadək müəlliflərin iştirak etdiyi müsabiqəyə istənilən janrda, qısametrajlı bədii filmin çəkilişləri üçün nəzərdə tutulmuş ssenarilər qəbul olunur.
Ssenarilər Courier şriftində, 12 ölçüsündə, 5 səhifədən az və 40 səhifədən artıq olmamaq şərtilə və .doc və ya pdf formatında [email protected] və ya Moskva pr.1, AZ1012 Bakı ünvanına təqdim olunmalıdır.
2015-ci ildə istehsal olunan “Şəhər motivləri 4.1” kinoalmanaxı Azərbaycan Prodüserlər Gildiyasının elan etdiyi “Geniş baxış” ssenari müsabiqəsinin qalibi olub.
Dörd gənc rejissorun lentə aldığı “40-cı paraleldə” adlı növbəti kinoalmanaxın istehsalı isə 2016-ci ildə tamamlanıb.
Nərmin