12 Aprel 2016 23:53
1 264
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Özüm çəkildiyim filmlərə baxa bilmirəm”.

Bunu Teleqraf.com-a açıqlamasında əməkdar artist Əjdər Həmidov deyib.

O bildirib ki, səbəb yaratdığı rollardan tam razı qalmamasıdır: “Həmişə obrazı yaradanda özümdə nöqsanlar görürəm. Oynayıb qurtarandan sonra deyirəm ki, gərək obrazı başqa cür yaradardım.

Teatrda aktyor bir tamaşada oyunundan razı qalmasa o biri tamaşada onu düzəltmək imkanı olur. Amma filmdə belə deyil. Aktyorun cəmi bir şansı olur. Ona görə də çəkildiyim filmlərə baxa bilmirəm.

Daha çox tamaşaçının öhdəsinə buraxıram. Elə tamaşaçılarım var ki, onların fikirlərini bilmək mənim üçün vacibdir. Bunlar da yaxın adamlardır”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər