5 İyun 2015 14:03
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərbəst güləş üzrə “Torneo Citta a Sassari” turnirində yarışan 5 idmançı fəxri kürsüyə qalxmağa nail olub.

Teleqraf.com xəbər verir ki, birinci Avropa Oyunlarında yarışacaq 2 alman, 2 italiyan və 1 fransız güləşçi “Torneo Citta a Sassari” turnirində medallara yiyələniblər.

Birinci Avropa Oyunlarında iştirak edəcək qadın idmançılardan yalnız 19 yaşlı italiyalı güləşçi, Patrisiya Liuççi Sassaridə medalçılar sırasına düşə bilib. Belə ki, o, 55 kq çəki dərəcəsində bürünc medalın sahibi olub. Onu da qeyd edək ki, xanım idmançı böyüklər arasında yarışlara qatıldıqdan sonra Sassari bürüncü onun ikinci medalıdır.

Onun həmyerlisi kişilərin yarışında, 65 kq çəki dərəcəsində turnirin gümüş medalçısı olan Angelo Kosta Bakı 2015-də 70 kq çəki dərəcəsində özünü sınayacaq.

Bakıda 65kq çəki dərəcəsində yarışacağına baxmayaraq fransız Maksim Erik Fike “Torneo Citta a Sassari” turnirində 70 kq çəki dərəcəsində bürünc medal qazanıb. Bu fransız idmançının 2013-cü ilin noyabrından sonra əldə etdiyi ilk medaldır.

London 2012-nin iştirakçısı almaniyalı Nik Matuhin 125 kq çəki dərəcəsində Sassari turnirində gümüş medala yiyələnib. Həmin turnirdə Almaniyaya digər medalı Marsel Evald qazandırıb. 2007-ci ildə Avropa ikincisi və 3 il sonra isə Avropa üçüncüsü olan Evald, 57 kq çəki dərəcəsində İtaliyada bürünc medalın sahibi olub.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər