21 İyun 2015 22:20
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

2013-cü ilin dünya çempionu, danimarkalı oxatan Maya Jager İlk Avropa Oyunları barədə Teleqraf.com-a təəssüratlarını bölüşüb.


Bu gün kamandan oxatmada qadınlar arasında seçmə mərhələdə Azərbaycan təmsilçisi Olqa Senyuka qalib gələn M.Jager bildirib ki, kamandan oxatma yarışının keçirildiyi Tofiq Bəhramov adına Respublika stadionu möhtəşəmdir:

"2013-cü ildə dünya çempionatında iştirak edib çempion adını qazanmışam. Dünya çempionatından fərqli olaraq, Avropa Oyunlarında oxatma yarışları yalnız bir məkanda keçirilir ki, bu da idmançının məkana uyğunlaşması baxımından önəmli şərtdir. Bilirsiniz, son qarşılaşmamda azərbaycanlı oxatanla yarışdım və qalib gəldim. O da güclü idi, amma onu üstələdim. Mən London Olimpiya Oyunlarında da iştirak etmişəm. İlk Avropa Oyunları London Olimpiya Oyunları ilə eyni səviyyədədir. Burada hər şey yaxşı səviyyədə təşkil olunub. Biz Atletlər Kəndində qalırıq. Bizim üçün rahat şərait yaradılıb. Bundan başqa, paytaxtınızı belə gözəl təsəvvür etmirdim. Birinci Avropa Oyunlarının Bakı kimi heyrətamiz şəhərdə keçirilməsi ilə bağlı qərar doğru seçim idi. Buna bir daha əmin oldum".

Nərgiz


Müəllif:

Oxşar xəbərlər