22 İyun 2015 21:29
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

+91 kq çəki dərəcəsində Məhəmmədrəsul Məcidov 1/4 finalda türkiyəli Ali Dəmirəzənlə görüşüb. İlk iki raundu təmsilçimiz üstün başa vurub. Sonuncu raundu da uğurla keçirən boksçumuz 3-0 qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, bu görüşü Azərbaycan prezidenti İlham Əliyevin qızı Arzu Əliyeva və həyat yoldaşı Səməd Qurbanov tribunadan canlı izləyiblər.

21:08

81 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Teymur Məmmədov hollandiyalı Peter Mullenberqlə qarşılaşıb.

İlk raund həmyerlimizin üstünlüyü ilə keçib. İkinci raundda da Teymur rəqibindən daha yaxşı döyüşüb. Son raundu da eyni tempdə keçirən boksçumuz döyüşü 3-0 hesabı ilə qalib başa vuraraq yarımfinala adını yazdırıb.

19:46

52 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Elvin Məmişzadə bolqarıstanlı Daniel Asenovla qarşılaşıb.

Birinci raund təmsilçimizin kiçik üstünlüyü ilə bitib. İkinci raunda da Azərbaycan boksçusu daha yaxşı təsir bağışlayıb. Son raundu da eyni tempdə keçirən idmançımız görüşü hesabı ilə qalib başa vuraraq yarımfinaıa vəsiqə qazanıb.

15:19

Günün birinci yarısının son 2 qarşılaşması 81 kiloqram çəki dərəcəsində baş tutub. İtaliyalı Valentino Manfredonia bosniyalı Cemal Bosnyakdan gücıü oldu: 2-1. Eyni çəkidə mübarizə aparan Ukrayna təmsilçisi Aleksandr Xiznyak kosovalı Armend Xhoxhajı 2-1 hesabı ilə məğlub edib.

14:16

56 kq çəki dərəcəsində Tayfur Əliyev yarımfinala çıxmaq üçün danimarkalı Frederik Yansenlə görüşür.

Birinci raundu tam üstünlüklə keçirən təmsilçimiz rəqibdən daha çox xal toplaya bilib. İkinci raundda da Tayfur rəqibindən güclü olub. Son raundu da eyni tempdə keçirən boksçumuz görüşü 2-1 hesabı ilə qalib başa vurub.

56 kiloqramda digər görüşdə Rusiyalı boksçu Baxtovar Nazirov italiyalı Rikardo D'andeanı 3-0 hesabı ilə məğlub edib.

13:45

Kişilər arasında 49 kiloqram çəki dərəcəsində mübarzə aparan həmyerlimiz Salman Əlizadə irlandiyalı Brendan İrvinlə qarşılaşıb. İlk raundu təmsilçimiz üstün başa vurub. İkinci raunda isə irlandiyalı boksçu daha çox xal toplaya bilib.

Həlledici raundda da üstün olan İrlandiya təmsilçisi görüşü 2-1 qalib başa vuraraq yarımfinala vəsiqə qazanıb.

13:30

Günün ilk qarşılaşması qadınlar arasında 48-51 kiloqram çəki dərəcəsində keçirilib. Türkiyəni təmsil edən Elif Coşkun almaniyalı Ornella Vahneri 3-0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Bolqar nümayəndəsi Stoyka Petrova isə Böyük Britaniya idmançısı Nikola Adamsa uduzub: 0-2.

69-75 kq çəkidə mübarizə aparan Türkiyə boksçusu Sema Çalışkan Almaniya təmsilçisi Sarah Şkheurikə uduzub: 1-2. Eyni çəkidə Ukrayna təmsilçisi Katerina Şambirlə hollandiyalı Nouçka Fontijnin qarşılaşması ikincinin xeyrinə başa çatıb: 0-3

Bu gün Birinci Avropa Oyunlarında boks yarışlarının 1/4 final mərhələsi keçiriləcək.

Teleqraf.com xəbər verir ki, 5-i kişi, 2-i qadın olmaqla 7 çəki dərəcəsində boksçular yarımfinal uğrunda mübarizə aparacaqlar.

49 kq çəki dərəcəsində Avropa və dünya çempionumuz Salman Əlizadə 1/4 finalda irlandiyalı Brendan İrvinlə qarşılaşacaq. Görüş saat 13:30-da başlayacaq.

52 kq çəki dərəcəsində Elvin Məmişzadə bolqarıstanlı Daniel Asenovla üz-üzə gələcək. Qarşılaşmanın start fiti saat 19:30-da veriləcək.


56 kq çəki dərəcəsində Tayfur Əliyev 1/4 finalda danimarkalı Frederik Yansenlə görüşəcək. Qarşılaşma saat 14:00-da keçiriləcək.

81 kq çəki dərəcəsində Teymur Məmmədov holland Peter Mullenberqlə üz-üzə gələcək. Görüş 20:45-də başlayacaq.

+91 kq çəki dərəcəsində Məhəmmədrəsul Məcidov 1/4 finalda türkiyəli Ali Dəmirəzənlə görüşəcək. Boksçular 21:00-da rinqə çıxacaqlar.


Müəllif: