24 İyun 2015 20:33
2 039
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanı 81 kiloqram çəki dərəcəsində təmsil edən Teymur Məmmədov rusiyalı Pavel Silyaginlə qarşılaşır. Birinci raund həmyerlimizin üstünlüyü ilə keçib. Son iki raundu da yaxşı keçirən boksçumuz görüşü 3-0 hesabı ilə qalib başa vuraraq finala vəsiqə qazanıb.

Qeyd edək ki, bu görüşü Azərbaycan Respublikası Prezidentinin qızları Leyla və Arzu Əliyeva, Azərbaycan Boks Federasiyasının Prezidenti Kəmaləddin Heydərov və digər rəsmilər canlı izləyirlər.

19:45

56 kiloqramda mübarizə aparan boksçumuz Tayfur Əliyev rusiyalı boksçu Bəxtovar Nazirovla qarşılaşır. İlk raund rusiyalı boksçunun üstünlüyü ilə başa çatıb. Növbəti iki raundu da fəal döyüşən rusiyalı idmançı qələbə qazanaraq finala yüksəlib. Tayfur Əliyev bürünc medalla kifayətlənməli olacaq.

18:55

Fasilədən sonra boks yarışları davam edir. Teleqraf.com xəbər verir ki, iki boksçumuz - Tayfur Əliyev (56 kq) saat 19:30-da, Teymur Məmmədov (81 kq) isə saat 20:15-də final üçün rinqə çıxacaq.

15:20

Kişilərin yarışında ölkəmizi 75 kiloqram çəki dərəcəsində təmsil edən Xaybuya Musalov yarımfinala çıxmaq üçün beloruslu Vitali Bandarenka ilə üz-üzə gəlib.

Birinci raund həmyerlimizin qələbəsi ilə başa çatıb. İkinci raundda da Azərbaycan boksçusu daha üstün döyüş nümayiş etdirib. Sonuncu raundu da eyni tempdə davam edən təmsilçimiz döyüşü 3-0 hesabı ilə qalib başa vurub.

12:42

Günün ilk döyüşündə ölkəmizi 60 kiloqramda təmsil edən Yana Alekseyevna 1/4 finalda rusiyalı idmançı Zinayda Dobrinina ilə qarşılaşıb. İlk iki raund həmyerlimizin üstünlüyü ilə keçib.

Sonrakı raundları da fəal döyüş nümayiş etdirən boksçumuz 3-0 hesabı ilə qalib gələrək adını yarımfinala yazdırıb.

10:15

Birinci Avropa Oyunlarının boks yarışlarında yarımfinal həyəcanı başlayır.

Teleqraf.com xəbər verir ki, bu gün daha 8 çəki dərəcəsində üç 1/4 final, beş yarımfinal döyüşləri keçiriləcək.


Millimizin 4 boksçusu - Tayfur Əliyev (56 kq) və Teymur Məmmədov (81) final üçün, Xaybuya Musalovla (75 kq) Yana Alekseyevna (60 kq) isə yarımfinala vəsiqə üçün rinqə çıxacaq.


56 kiloqramda mübarizə aparan Tayfur Əliyev rusiyalı boksçu Bəxtovar Nazirovla qarşılaşacaq. Görüş saat 19:30-a təsadüf edəcək.

Digər təmsilçimiz Xaybuya Musalov isə 1/4 finalda Vitali Bandarenkanı məğlub etməyə çalışacaq. Bu döyüş saat 13:30-da başlayacaq.

Azərbaycanı 81 kiloqram çəki dərəcəsində təmsil edən Teymur Məmmədov ardıcıl 4-cü görüşündə rusiyalı Pavel Silyagini məğlub edib finala çıxmağa çalışacaq. Bu döyüş saat 20:15-də start götürəcək.

Qadınların yarışında ölkəmizi 60 kiloqramda təmsil edən Yana Alekseyevna 1/4 finalda rusiyalı idmançı Zinayda Dobrinina ilə üz-üzə gələcək. Bu döyüş saat 12:30-da baş tutacaq.

Qeyd edək ki, artıq 9 boksçumuz yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc medalı özlərinə təmin ediblər.


Müəllif: