3 İyul 2014 14:37
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ əsgərlərindən biri 11 il əvvəl gizlətdiyi büstü hərraca çıxarıb.

Teleqraf.com bildirir ki, 2003-cü ildə ABŞ və Böyük Britaniyanın rəhbərliyi altındakı çoxmillətli koalisiya qoşunlarının İraqı işğal etməsi nəticəsində hakimiyyətdən devrilmiş Səddam Hüseynin büstü 10 il əvvəl ABŞ əsgərlərindən biri tərəfindən ölkəsinə aparılaraq gizlədilib.

İraqda 13 ay hərbi xidmət yerinə yetirən əsgər İrl Torres 2003-cü ildə Bağdad hava limanında Səddamın parçalanmış heykəlinin üst hissəsini götürərək ölkəsinə aparıb və bu vaxta qədər saxlayıb.

Las-Veqasda yaşayan Torres ötən həftə büstü satışa çıxarıb. Hətta ilkin qiymətləndirmədə 10 milyon dollar təklif edən alıcı da tapıb. Lakin keçmiş əsgər qiymətin artırılması üçün bir müddət gözləyəcəyini bildirib.

/ANSPRESS/


Müəllif: