Dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğramış "AZAL" təyyarəsinin idarəetmə sistemləri radarlardan itdikdən 8 dəqiqə sonra "Kover" əməliyyatı barədə məlumat verilib.
Teleqraf.com xəbər verir ki, qəza ilə bağlı araşdırmanın ilkin hesabatında belə qeyd olunub.
Hesabatda bildirilir: "05:13:32-də hava gəmisinin əsas idarəetmə sistemləri itirilir, 05:21:42-də əlaqələndirici dispteçer “Kover” əməliyyatı barədə Qroznıya məlumat verir. Oksigen balonunun partlaması ilə bağlı faktı ehtiva edən hər hansı bir məlumat qeyd olunmamışdır".