15 İyul 2014 14:36
1 651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyinə üzv ölkələr Rusiyaya qarşı iqtisadi ticarət sanksiyalarına son qoymaq niyyətindədirlər.

Sabah Avropa Birliyinin sammitində Avstriya, Fransa, Almaniya, Lüksemburq, Kipr, Bolqariya, Sloveniya, İtaliya, Yunanıstan bu barədə qərarlarını elan edəcəklər.

Rusiya KİV-lərinin yaydığı məlumata görə, bu barədə Birliyin rəsmi nümayəndəsi anonim olaraq məlumat yayıb. “Sözügedən ölkələr Rusiyaya qarşı ticarət və iqtisadi sanksiyaları davam etdirməyə əsas görmürlər. Onlar, sammitdə çıxış edərək, sanksiyaları ləğv etməyi təklif edəcəklər”, - deyə, mənbə bildirib.

Mənbənin sözlərinə görə, Rusiyaya qarşı sanksiyaların tətbiq olunması üçün, 28 ölkənin hər biri “lehinə” səs verməlidir. “Hər bir ölkə veto qoymaq hüququna malikdir”.

Qeyd edək ki, Ukraynadakı vəziyyət və Rusiyaya qarşı iqtisadi-ticarət sanksiyaları sabah AB-nin Brüsseldəki sammitində müzakirə olunacaq.


Müəllif:

Oxşar xəbərlər